ADU Britaniya Təhsil xidməti ilə memorandum imzalayıb

media-hightechnic-468x90

14135531632329442301_600x400Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey və bu qurumun regional direktoru Nailə Rzayeva ilə görüşüb.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən  bildiriblər ki, görüşdə S.Seyidov Böyük Britaniya ilə Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor bu ali məktəbin Böyük Britaniya universitetləri, o cümlədən Esseks Universiteti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu və ildən-ilə inkişaf etdiyini vurğulayıb. Dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığın qurulmasına xüsusi önəm verildiyini söyləyən S.Seyidov bu əlaqələrin böyük əhəmiyyətini qeyd edib.

Görüşdə ADU-nun nəzdində fəaliyyət göstərən Dil Xidmətləri Mərkəzinin işindən, bu qurumun həyata keçirdiyi yeni ideyalardan da söz açılıb.

Səmimi görüşə görə təşəkkür edən qonaqlar Azərbaycana səfərdən və ADU ilə tanışlıqdan məmnunluqlarını bildiriblər.

C.Florey təmsil etdiyi qurumla ADU arasında gələcək əməkdaşlığın qurulmasını yüksək dəyərləndirib. Britaniyalı qonaq bu istiqamətdə görülən işlərin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə olacağını xüsusi vurğulayıb.

Görüşdə əməkdaşlığın perspektivləri, gələcək fəaliyyət istiqamətləri də müzakirə olunub.

Görüşdən sonra Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Oksbric Təhsil Xidmətləri arasında anlaşma memorandumu imzalanıb.

Sənədi S.Seyidov və C.Florey imzalayıblar.

Memorandumda qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, “Pearson Test of English” ümumi ingilis dili mərkəzinin inkişafı, akademik təhsil, o cümlədən ingilis dilinin xarici dil kimi tədrisinə dəstək göstərilməsi üçün köməkçi vasitələrlə təminat nəzərdə tutulub. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600