“Aeroflot” sərnişinləri İstanbul və Honq-Konqa uçuşlar zamanı qiymətli əşyalarını kütləvi şəkildə itirməyə başlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə “Aeroflot” aviaşirkətinin rəhbərliyi məlumat verib.
Aviaşirkət uçuşlar zamanı pul, sənədlər və mobil telefonların itməsi hallarının artmasına diqqət çəkib. Çox vaxt bu, Moskvadan İstanbula və Honq Konqa uçuşlar zamanı baş verir.
İndi bu uçuşlar zamanı stüardessalar şəxsi əşyalarını, pul vəsaitlərini və sənədləri üst əl baqajına qoymamağı xahiş edəcəkləri xüsusi səsli bildiriş yayacaqlar.
Xuraman Etibarlı
www.yenicag.az