Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü+Video (Yenilənib)

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən “Report”a bildirilib ki, hadisə zamanı “VAZ 2107”-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.

***

08:56

Yeniçağ.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən qəzada “Kia” markalı 90 VT 097 nömrəli avtomobillə “VAZ” 2107 markalı maşın toqquşub.

Qəza nəticəsində “07” alışaraq yanıb. İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.

Yeniçağ.az

www.yenicag.az

862