Afaq Məsud səfirlə görüşdü

media-hightechnic-468x90

9fbaab80723e5a192c3ca892310716d3Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonu qəbul edib.

Görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Ədəbiyyatlararası mübadilə, tərcümə və nəşr məsələləri, həmçinin italyan dilinin ölkədə aktuallığı və tədrisi görüşün əsas müzakirə mövzusu olub.

C.Kutillo bildirib ki, səfirlik Tərcümə Mərkəzi ilə daha sıx və geniş müstəvidə əməkdaşlıq edəcək.

Görüş zamanı Mərkəzin dekabrın 4-dən 7-dək Romada keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə İtaliya ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının italyan dilinə tərcüməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600