AFFA 3 kluba texniki məğlubiyyət verdi

media-hightechnic-468x90
AFFA İntizam Komitəsi 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilən “Ərkivan” – “Qobustan” matçında qonaq komandanın heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak edib. Bu səbəbdən “Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-11 Liqasında keçirilən “Santos Baku” – “Antiguoko İnternational” oyununun 48-ci dəqiqəsində qonaqların heyətində meydana lisenziyası olmayan futbolçu çıxıb. Bu səbəbdən “Antiguoko İnternational”a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
U-17 Qızlar Liqasında iştirak edən “Zaqatala” da eyni cəzaya məruz qalıb. Buna “Şəfa” ilə matçın gedişində “Zaqatala”nın heyətində yetərsay olmaması səbəb olub.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa