AFFA azarkeşlərə müraciət edib

media-hightechnic-468x90

AFFA Azərbaycan – Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Bu barədə Yenicag.az-a AFFA-na istinadən xəbər verir.

Bildirilir ki, iyunun 10-u “Liv Bona Dea”da azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.

“Avtobuslar saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan – Macarıstan matçı saat 20:00-da başlayacaq”, – qurumun müraciətində əlavə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600