AFFA baş məşqçinin xərclərini ödəməyib
Bildiyiniz kimi, bu yaxınlarda bir qrup azərbaycanlı məşqçi İsveçrədə təşkil olunan Pro kateqoriyalı məşqçilik kursunda iştirak edib. Onların sırasında “Lokomotiv”in baş məşqçisi Novruz Əzimov da olub.
Səfərə yollanan məşqçilərin kateqoriya üçün tələb olunan xərclərinin AFFA tərəfindən ödənildiyi deyilsə də əslində bu, belə deyil.
İş ondadır ki, Əzimovun kateqoriyanın verilməsi üçün lazım olan xərclərini federasiya yox, “Bakı” klubu ödəyib. AFFA və UEFA yalnız yol xərcini üzərinə götürüb.