AFFA bu iki komandanı turnirdən uzaqlaşdırdı

media-hightechnic-468x90

Region Liqasının II play off mərhələsindəki “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb. 

Yenicag.az xəbər verir ki, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb. Araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.

Qeyd edək ki, “Füzuli” və “FC Baku” komandalarının turnirdən kənarlaşdırılmasından “Uğur” komandasının finaldakı rəqibi də bəlli olub. Sumqayıt təmsilçisi həlledici görüşdə “Şahdağ”la üz-üzə gələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600