AFFA bu klubları cəzalandırdı

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın futbolçusu Numan Kurdiçu bir oyunluq cəzalandırıb.

Yenicag.az xəbər verir ki, buna onun “Qəbələ” ilə Premyer Liqanın XXVII turunun matçında (1:1) qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək.

“Turan Tovuz” 500, “Qarabağ” 1500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri cərimələnib.

“Qarabağ” isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyi üçün bu məbləği ödəməyə məcburdur.

Komitə “Sumqayıt”a 700 manat cərimə kəsib. “Gənclik şəhəri” təmsilçisinin 4 oyunçusu “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görmüşdü.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa