AFFA hakimlər otağına girən baş məşqçini cəzalandırdı

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

“İmişli”nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, “Mingəçevir”lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05