AFFA yeni məşqçilərlə danışığa başlayır
Azərbaycan millisindən istefa verən Berti Foqtsu yenidən əcnəbi məşqçi əvəzləyə bilər.
Yerli məşqçilər arasında Qurban Qurbanov variantını saxlayan AFFA rəhbərliyi hələlik ona rəsmi təklif göndərməyib.
Bununla belə, təklif olunacağı istisna edilmir. İkinci variant kimi isə yenə əcnəbi məşqçi nəzərdə tutulub. Çünki Qurban Qurbanovun indiki halda “Qarabağ”ı atıb milliyə gələcəyi inandırıcı görünmür. Daha doğrusu, bu, baş verməyə də bilər. Buna görə də hazırda ölkə xaricində olan AFFA rəhbərliyi işini ehtiyatlı tutaraq bir-neçə əcnəbi məşqçinin meneceri ilə əlaqə saxlayıb. Deyilənə görə, hətta, baş katib Elxan Məmmədovun sabah həmin məşqçilərin biri ilə görüşüb ilkin müzakirələr aparacaq. (milli.az)