Afinanın səfirini geri çağırmasına Bakıdan REAKSİYA

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın öz səfirini məsləhətləşmək üçün ölkəsinə çağırması ilə bağlı KİV-in sorğusuna cavab verib.

XİN-dən Yenicag.az-a daxil olan açıqlamada qeyd olunur:

“Əlbəttə, hər bir ölkə bu və ya digər məsələ ilə bağlı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün çağırmaq qərarını verə bilər. Müxtəlif ölkələrdən, o cümlədən Yunanıstandan erməni mənşəli vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə yola düşməsi ilə bağlı tərəfimizdən verilən açıqlamalara gəldikdə vurğulamaq istərdik ki, bu məlumatlar açıq informasiya mənbələrinə istinadən təqdim edilib və Yunanıstan tərəfinə bu məlumatın həqiqətə uyğun olub-olmaması ilə bağlı müraciət edilib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600