Donald Tramp Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Çin lideri Si Cinpinlə görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.
Görüş ABŞ liderinin Malayziya səfəri ilə başlayacaq Asiya turnesinin son günündə baş tutacaq.
Tramp Malayziya, Yaponiya və Koreya Respublikasına səfər etməyi planlaşdırır. Levitt ABŞ liderinin Asiya turu zamanı Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ilə görüşəcəyini təsdiqləyib.
Bundan əvvəl Tramp Çin Sədri Si Cinpinlə görüş zamanı nüvə silahı arsenalının azaldılması da daxil olmaqla bütün ikitərəfli məsələlərdə razılığa gəlməyə ümid etdiyini bildirib./Report/