!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağ Ev Putinlə anlaşır: Rusiya prezidentinə dialoq TƏKLİFİ – ABŞ Ukraynanın işğalı ilə barışır

!Reklam – Yazi

“Rusiya ABŞ milli təhlükəsizliyi üçün təhdid deyil. Rusiyanın Avropaya hücumu ehtimalını görmürəm. Ümumiyyətlə, ABŞ Avropada aktivliyini azaltmalı və prezident Putinlə masaya oturmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Tramp administrasiyasında ABŞ-nin vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens deyib.

Onun sözlərinə görə, Vaşinqton üçün Putinlə dialoq vacibdir.

“Rusiya Avropa-Xristian sivilizasiyasının parçasıdır və biz, istənilən halda, onları yad görə bilmərik. Ukrayna prezidenti cənab Volodimir Zelenski isə çox yaxşı tacirdir. Hər dəfə Amerikaya gəlir, pul qoparır və gedir. Bu sərmayəni sona qədər yatırmaq mümkün deyil. Ukrayna məsələsi Amerika milli təhlükəsizliyi üçün artıq yükə çevrilib. Ukrayna münaqişəsinin həlli üçün Ukrayna Rusiyaya bir-sıra torpaqlarını güzəştə getməlidir. Bu, artıq bir reallıq və faktdır. Ukraynanın 1991-ci il sərhədlərinə çıxması mümkünsüzdür”, – deyə o əlavə edib.

Amerikalı rəsmi söyləyib ki, Vladimir Putin tarixin gördüyü ən praqmatik liderdir:
“O irəliləyir, ona görə ki, Amerikanı idarə edənlər zəifdir, o yalnız gücü anlayır. Deməli, güclü adam Ağ Evdə olarsa, Putinlə anlaşmaq mümkündür. Putin ticarəti çox yaxşı anlayır və bazarları çox yaxşı tanıyır. Putinlə danışıqlar aparmaq və anlaşmaq mümkündür. Biz Çinə qarşı ən sərt şəkildə hərəkət etməliyik. Çin Birləşmiş Ştatlar üçün əsas təhdiddir”, o deyib.
C.D. Vens həmçinin onu da əlavə edib ki, Amerika İraqda həm də minlərlə xristianın ölümünə səbəb oldu.

“Orada nə qədər xristian icmaları yaşayırdı, eləcə də bu yanlış siyasət nəticəsində nə qədər insan həlak oldusa, onların içində xristianlar da var idi. Amerika Yaxın Şərqdə bəzi məsələlər istisna olmaqla artıq oradan çıxmalıdır. İsraili qorumaq hər kəsin borcu yox, müqəddəs vəzifəsidir. Çünki İsrail Tanrının İncildə bizə əmanət etdiyi müqəddəs bir mirasdır. Biz İsraili qorumalıyıq, biz onun yolunu açmalıyıq, biz müqəddəs torpaqlarda yəhudilərin bütöv qalmasını təmin etməliyik. Çünki biz Tanrıya cavab verəndə, o bizdən İsraili qoruyub-qorumadığımızı soruşacaq. İsraili qorumaq Tanrının əmridir. İran buna görə ən sərt şəkildə cəzalandırılmalıdır”, Vens bildirib.

Trampın nümayəndəsi onu da vurğulayıb ki, respublikaçılar Amerika biznesini və iqtisadiyyatını qorumaq üçün ən sərt proteksionist siyasət həyata keçirməlidir.

“Amerika istehlakdan istehsala keçməlidir. Amerika neft və qazın əsas ixracatçısı olmalıdır.

Bir çox ölkələrin bizim bazarda dominantlığına son qoymalıdır. Avropa əvvəlki tək bizimlə ticarətdə qazana bilməz. Amerika daha çox qazanmalıdır”, – deyə o bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv