Ağ Ev administrasiyası bütün federal qurumlarına 30 gün ərzində “TikTok” sosial şəbəkəsini bütün hökumət cihazlarından silməyi əmr edib.
Yenicag.az xəbər verir ki, bəzi agentliklər, o cümlədən Müdafiə, Daxili Təhlükəsizlik və Dövlət Departamentləri artıq “TikTok”dan istifadəyə məhdudiyyətlər qoyublar. Hökumətin qalan hissəsi 30 gün ərzində onlara qoşulmalıdır.
Büdcə idarəsi bazar ertəsi verilən təlimatın “tətbiqin həssas hökumət məlumatlarına səbəb ola biləcəyi risklərin həllində irəliyə doğru mühüm addım” olduğunu açıqlayıb. /Unikal/
www.yenicag.az