Ağ Ev: "Tramp Putin və Zelenski arasında görüşü mümkün hesab edir"

media-hightechnic-468x90

ABŞ-nin Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüşü mümkün hesab edir. Lakin hazırda Moskva və Vaşinqton arasında yeni yüksək səviyyəli təmaslara hazırlıq gedir.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.

“Düşünürəm ki, o, bunun mümkün olduğunu düşünür. Əlbəttə ki, bunun baş verməsini görmək istərdi. Hazırda Rusiya tərəfi və ABŞ Dövlət Katibi Marko Rubio başda olmaqla bizim nümayəndələrimizin görüşməsi, sonra isə, ola bilsin ki, prezident Putin və prezident Trampın yenidən görüşməsi üçün planlar hazırlanır”, – Levitt Rusiya və ABŞ liderləri arasında telefon danışığına və onun zamanı əldə olunmuş razılaşmalara toxunaraq vurğulayıb.

“Lakin mən qətiyyən düşünmürəm ki, prezident Tramp Putin və Zelenski arasında görüşlə bağlı “qapını bağlayıb”, – o əlavə edib./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa