!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ağ Ev”də daha bir istefa – Tramp 5 ayda ikinci zərbəni aldı

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp adminstrasiyasında ikinci istefa ilə qarşılaşıb.

Yenicag.az ABC News-a istinadən xəbər verir ki, Trampın prezident kürsüsündəki beşinci ayında kommunikasiya üzrə direktoru Mike Dubke istefa verib. 47 yaşlı Dubke bu vəzifəyə 3 ay öncə təyin olunub.

Əldə olunan məlumata görə, Dubke əslində vəzifəsindən mayın 18-də istefa verib. Lakin Trampın ilk xarici səfərinin başa çatması gözlənilib. Bu günə qədər “Ağ Ev”dəki vəzifə səlahiyyətlərini davam etdirən Dubkenin istefa qərarı artıq rəsmən açıqlanıb.

Qeyd edək ki, Tramp adminstrasiyasından daha əvvəl beynəlxalq təhlükəsizlik üzrə müşaviri Michael Flynn istefa vermişdi. Vəzifəsinə başladıqdan 3 həftə sonra istefa verən müşavir Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə 2 dəfə görüşdüyünü gizlətmişdi.

Yenicağ.az

www.yenicag.az

923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv