Ağ Evdən ABŞ-İran danışıqları haqda açıqlama

media-hightechnic-468x90

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla İranın xarici işlər naziri Abbas Arakçı arasında Omanda birbaşa danışıqlar qarşılıqlı faydalı nəticəyə doğru bir addım idi.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.

“Xüsusi elçi Uitkoff Arakçıya bildirib ki, Prezident Trampdan iki ölkə arasındakı fikir ayrılıqlarını, mümkünsə, dialoq və diplomatiya yolu ilə həll etmək üçün göstərişləri var. Bu məsələlər çox mürəkkəbdir və xüsusi elçi Uitkoffun bu gün birbaşa əlaqəsi qarşılıqlı faydalı nəticənin əldə olunmasında irəliyə doğru atılmış addımdır”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600