!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağacan Abıyevdən “şortik qalmaqalı”na sərt reaksiya: “Ata-anası görmür o qız necə geyinir?”

!Reklam – Yazi

“Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib.

Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar:

“Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdur, kim necə istəyir, elə də geyinir.

O qız azərbaycanlıdır, hə? Onda ata-anası baxmalıdır ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidirlər ki, Bakıda belə geyinmək olmaz!

Sən azərbaycanlısan, qayda-qanun var… Bu, o ailənin məsələsidir, ata-ananın işidir. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdır”.

A.Zeynalov

COP29

www.yenicag.az

4216
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv