Ağacların kəsilib yerində obyekt tikilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakının Nizami rayonu, Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub.

“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib. Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”, – deyə o bildirib.
COP29