Polisə yalan məlumat verən taksi sürücüsü saxlanıldı
Bakıda taksi sürücüsü olan 42 yaşlı Hikmət Həsənov polisə quldurluq barədə bilərəkdən yalan məlumat verib.
Yenicag.az xəbər verir ki, yanvarın 3-də o, Xətai rayonu ərazisində guya müştərinin onu bıçaqla hədələyərək 80 manat pulunu taladığını bildirib. Lakin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib.
Araşdırma nəticəsində sürücü etiraf edib ki, müştəri ödəniş etmədiyi üçün hadisəni qəsdən quldurluq kimi təqdim edib.
Faktla bağlı Hikmət Həsənov barəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.












