Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

media-hightechnic-468x90

Türkiyə ilə Azərbaycan arasında 15 il müddətinə təxminən 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan saziş imzalanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib.

Nazirin sözlərinə görə, saziş yanvarın 2-də imzalanıb və 2029-cu ildən 2040-cı illərə qədər qüvvədə olacaq:

“Müqaviləyə əsasən, Xəzər dənizində yerləşən “Abşeron” yatağından Türkiyəyə hər il 2,25 milyard kubmetr qaz nəql ediləcək. Qaz tədarükü mövcud Bakı-Tiflis-Ərzurum magistral qaz kəməri vasitəsilə həyata keçiriləcək”.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) məlumatına görə, hazırkı müqavilələr çərçivəsində Azərbaycan 2025-ci ilin yanvar–oktyabr aylarında Türkiyəyə 9,798 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05