Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ağcabədidə 4 ədəd partlamamış hərbi sursat tapıldı

Ağcabədi rayonunda partlamamış hərbi sursat aşkar edilib.

Yenicag.az xəbər verir ki, 1 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əlqumbarası və 2 ədəd UZRQM partladıcısı) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

www.yenicag.az

826
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM