Ağcabədidə dəhşətli qəza baş verib-Fotolar-Yenilənib
Ötən gecə Ağcabədi rayonunda dəhşətli yol qəzası baş verib.
Hadisə Yevlax – Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Qəza zamanı “Mercedess”, “BMW” və “Daevo Nexia” markalı maşınlar toqquşub. Qəza zamanı BMW markalı maşının sürücüsü Elgün Bəşirov və həmçinin digər avtomobildə olan 4 nəfər ölüb. Hadisə zamanı daha 5 nəfər ağır bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən çəkilən dəhşətli fotoları təqdim edirik. (qafqazinfo.az)
Qəzada ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub
Ağcabədi rayonunda yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub.
BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu, “Daewoo”nun sürücüsü Ağamalıyev Nəbi Məhəmməd oğlu, 1983-cü ildə anadan olmuş Alıyeva Naibə Əli qızı, 2007-ci il təvəllüdlü Alıyev Fəqan Kənan oğlu hadisə yerində dünyasını dəyişib.
Bundan başqa, 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu, 2005-ci il təvəllüdlü Alıyeva Fərqanə Kənan qızı, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızı, 1997-ci il təvəllüdlü Ağamalıyev Nurlan Nəbi oğlu, 1969-cu il təvəllüdlü Quliyeva Arifə Yunis qızı və İsrafilova Səbinə Əzim qızı müxtəlif bədən xəsarətləri ilə Ağcabədi və Bərdə rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.
Hadisə Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) qeydə alınıb. BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində ölüb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E. Bəbişovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.