Ağcabədidə qəzada iki əmioğlu öldü - Yaralanan var

media-hightechnic-468x90

Ağcabədidə baş verən qəza zamanı 2 əmioğlu ölüb bir nəfər ağır xəsarət alıb. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki,hərəkətdə olan “GAZ”el  markalı yük maşını “VAZ” 21015 markalı avtomobillə toqquşub.

Qəza zamanı  “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

E.Vəliyev əməliyyat olunsa da, əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05