Ağdamda ekskavator minaya düşdü

media-hightechnic-468x90

Ağdamda ekskavator minaya düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.
E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa