Ağdamı tərk etmək istəməyən erməni əsgərlərə XƏBƏRDARLIQ: "Ölümünüz heç nəyi dəyişməyəcək" - VİDEO

media-hightechnic-468x90

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən işğal altında olan Ağdam rayonundakı mövqerləini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qruplarına növbəti dəfə xəbərdarlıq edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videodan görünür ki, ərazidə səsgücləndirici vasitəsilə ermənilərə xəbərdarlıq edilir ki, sakit şəkildə silahı yerə qoysunlar və ərazini tərk eləsinlər. Videoda 12 nəfərlik qrupun mühasirəyə düşdüyü deyilir.

Bildirilir ki, onların təslim olmaması və ölümü nəticəni dəyişməyəcək.

Sözügedən videonu təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600