Media nümayəndələri, deputatlar Ağdama təşkil edilən səfər çərçivəsində Şəhidlər xiyabanı ilə tanış olublar.
Burada Birinci Qarabağ müharibəsində şəhid olmuş bir neçə şəxsin məzarı var. Şəhidlər xiyabanı da erməni vandalları tərəfindən yerlə-yeksan edilib, məzarların yeri belə bilinmir. Burada mindən artıq məzar var idi. Onlar ermənilər tərəfindən tamamilə dağıdılıb.
Ağdam Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun da məzarı ziyarət olunub.
İşğal zamanı erməni vandallarının dağıtdıqları Ağdam Şəhidlər xiyabanından fotoları təqdim edirik:
www.yenicag.az