!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağıllı Smart Custom xidmətinin "AĞILSIZLIĞI": Dövlət Gömrük Komitəsindən 380 qramlıq köynəyə görə HƏNGAMƏ - FOTO

!Reklam – Yazi

Dövlət Gömrük Komitəsi tanınmış vəkil Aqil Layıca qarşı “dələduzluq” edib.

Yenicag. az xəbər verir ki, bu barәdә vəkil Facebook səhifəsində yazıb. Vəkilin yazısını olduğu kimi təqdim edirik:

“Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik (92 manat) T-shirt (qısaqol mayka) sifariş etmişdim.

03.06.2023-cü il tarixində rəsmi olaraq Smart Custom vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibarən bağlamanı izləmək mümkün olmayıb. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardadır.

Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır.

Gəldim bura, deyirəm niyə saxlamısınız. Deyirlər ki, bəyan edilməyib. Dərhal smart custom mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib.

İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlər ki, karqoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır.

Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar Smart gömrük xidməti.

İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər.

Burdan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, necə ki, Şahin müəllim, terminaldakı əməkdaşlarınıza da bəyan etdim.

Həmin T-Shirt-u sizə səmimi qəlbdən bağışlayıram, Sizin idarə qaninsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi sizə bağışlayıram. Hər ikimiz medium geyinirik, əminəm ki, sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz smart custom tətbiqi vasitəsilə tam təmin edilir.

P.S. Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsi məni haqlı iradlarıma görə blok etdiyi üçün, onları tag edə bilmirəm…
Ağıllı smart gömrük xidməti ağılsızların əlində olduqdan sonra heç nə də dəyişən deyil. Əsas insan faktorudur…”.

 

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv