“Onun yoxluğu mənə o qədər pis təsir etmişdi ki, günlərin bir günü hiss etdim, nəfəsim kəsilir”
Yenicag.az xəbər verir ki, müğənni Elnur Məmmədov “Günə bax” verilişində mərhum müğənni Aygün Bəylərlə bağlı danışarkən bu fikri səsləndirib.
O sənətçi dostunun yoxluğu ilə barışa bilmədiyini deyib:
“Aygün Bəylər əvəzsiz sənətkar idi. Onun yoxluğu mənə o qədər pis təsir etmişdi ki, günlərin bir günü hiss etdim, nəfəsim kəsilir. Fikrimi yayındırmaq üçün öz övladımla oynadım. O, sağlığında rəhmət qazan bir xanım idi. Çalışdığımız qədər lənət deyil, rəhmət aparaq. Çox insanlar rəhməti düşünmür. Onlar elə düşünür, nə varsa, elə budur. Amma ən əsas bildiyimiz bura yox, o dünyadır”.
Nehru
www.yenicag.az