“Eldar Quliyevin ölümü nəinki Azərbaycan kinosu, ümumilikdə Azərbaycan mədəniyyəti üçün itkidir. Özü də çox ağır itki”.
Bunu Yeniçag.az-a açıqlamasında bu gün dünyasını dəyişən tanınmış kinorejissor Eldar Quliyevin ölümündən sarsılan xalq artisti Əbdül Mahmudbəyov deyib.
Şeyx Əbdül Eldar Quliyevin filmlərini mədəniyyətimiz üçün böyük sərvət kimi dəyərləndirib:
“Hər zaman Eldar Quliyev kimi sənətkarlar yetişməz. O, milli kinomuzda bir mərhələ idi. Onun çəkdiyi hər bir film milli kino üçün bir sərvətdir. Ölüm haqq işidir, hər birimiz bu dünyadan köçümüzü çəkib gedəcəyik. Bir gün tez, bir gün gec, amma Eldarın ölümü ilə necə barışacağımı bilmirəm. Bu xəbər məni sarsıtdı. Çox ağırdır, özümə gələ bilmirəm”.
Cəvahir
www.yenicag.az