Ağırlıqqaldıranımız “Uzbekistan Open” turnirinin qalibi oldu

media-hightechnic-468x90

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev “Uzbekistan Open” turnirinin qalibi olub.

media-banner_tkm

Bu barədə Yenicag.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Yeniyetmə atlet Özbəkistanın Çirçiq şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

61 kq çəki dərəcəsində yarışanmilli üzvü birdən qaldırma hərəkətində 103 kq nəticə göstərərək birinci olub. O, təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kq ağırlığı ram edib.

Beləliklə, toplamda 226 kq nəticə göstərən K.Xappayev yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, aprelin 9-da iki idmançımız – İsa Əliyev və Malikə Biçekuyeva “körpücük” üzərinə çıxacaqlar. Aslan Əmiraslanov isə ayın 11-də mübarizəyə qoşulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05