"Ağsaqqal"sız keçən bir il: Ləyaqətli bir ömrün SƏSSİZ VİDASI

media-hightechnic-468x90

Yerin behişt olsun, “Ağsaqqal”!

Təkcə çəkildiyi filmlərdə, oynadığı tamaşa və seriallarda “Ağsaqqal” deyildi. Xarakteri, müdrikliyi, daxili mədəniyyəti ilə həyatda da doğmaları, dostları onu elə “Ağsaqqal” kimi tanıyırdı. Özündən yaşca böyüklər belə ondan məsləhət alır, ona “Ağsaqqal” deyə müraciət edirdilər.

media-resize-29

“Bozbash Pictures” layihəsinin “Ağsaqqal”ı kimi tanınan Azər Baxşəliyevdən bəhs edirəm. Yanvarın 5-i onun bu dünyadan köçdüyü gündür. İndi onu sevənlərindən birillik məsafə ayırır. Əlbəttə, o qədər də böyük zaman deyil… Düz bir il öncə, Yeni il bayramının dadı hələ damağımızdan getməmiş, onun qəfildən xəstəxanaya düşməsi xəbəri sevənlərini sarsıtdı. Komaya düşdü; hər kəs onun ayılacağı gün üçün Allaha dualar etdi. Amma Azər sakitcə öz köçünü çəkib bu dünyadan son mənzilə yol aldı. Heç kimi incitməyi sevməyən Azər, heç kimə əziyyət vermədən, səssiz-səmirsiz bu həyatla vidalaşdı.

media-azer

Dostlarına, sevənlərinə isə yalnız bir sual qaldı: “Niyə tələsdin axı, Azər? Hələ bu dünyadan doyunca kam almamışdın axı, hələ görülməmiş işlərin səni gözləyirdi…” deməkdən başqa əlac qoymadın. Getdin, amma yerin dolmadı.

O yer hər zaman boş qalacaq. Geridə bir “Ağsaqqal” qoyub getdin. Dodağımıza gülüş, üzümüzə təbəssüm qonduran “Ağsaqqal”. Özünsə bu dünyadan elə əsl Ağsaqqal kimi köçdün  abrını qoruyaraq, ləyaqətinə sadiq qalaraq.

Yerin behişt olsun, Azər!

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa