Ağstafa həyəcan içindədir
Ağstafada ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramına və “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, Ağstafa şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Tarixi və Müasir abidələr parkında yeni gül kolları əkilir, güllərdən ibarət kompozisiyalar yaradılır.
Bundan əlavə, birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasiminə hazırlıq işləri çərçivəsində məşəlin keçəcəyi küçələrdə təmir və abadlıq işlərinə başlanılıb. Şəhərin Heydər Əliyev prospektində, N.Nərimanov, S.Ağamalıoğlu, R.Alıcanov, M.Ə.Rəsulzadə, 20 Yanvar küçələrində hasarların, dekorativ taxta qapı-məhəccərlərin rənglənməsi və cari təmir işləri aparılır.