Ağsunun dağlıq ərazisində yanğın

media-hightechnic-468x90

Ağsu rayonunun şimal dağlıq ərazisində yanğın baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə dağ kəndi Nüydü ərazisində olub.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə göndərilib. Köməyə qonşu İsmayıllı, Şamaxı və Qobustan rayonlarından ümumilikdə 4 yanğınsöndürən maşın və 27 nəfər canlı qüvvə də cəlb edilib. Axşamüstü yanğın tam nəzarətə götürülüb və alovun yayılmasının qarşısı alınıb. Hazırda közərmə zonalarında və tüstülənən ərazilərdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın bicilmiş taxıl, ot və kol-kos sahələrində baş verib. /Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05