Aİ-dən ABŞ-yə ƏKS-HƏMLƏ: “Ticarət danışıqları uğursuz olarsa...”

media-hightechnic-468x90

 

Avropa İttifaqı (Aİ) ABŞ-yə qarşı bəzi ixracat məhdudiyyətlərinin tətbiqi ilə bağlı təklif üzərində işləyir. Bu, genişmiqyaslı ticarət müharibəsi çərçivəsində mümkün taktika kimi nəzərdən keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, bu məhdudiyyətlər bir növ təzyiq vasitəsi kimi nəzərdə tutulur və yalnız ABŞ ilə aparılan danışıqlar qənaətbəxş nəticə vermədiyi halda tətbiq olunacaq. Avropa İttifaqı tərəfindən nəzərdən keçirilən variantlardan biri ixraca məhdudiyyət qoyulmasıdır. Mənbələrin bildirdiyinə görə, digər mümkün tədbirlərə ABŞ şirkətlərinin dövlət satınalmalarında iştirakının məhdudlaşdırılması və yeni tarif siyahılarının hazırlanması daxildir.

Hazırda konkret olaraq hansı məhsullara və ya sahələrə məhdudiyyət qoyulmasının nəzərdə tutulduğu açıqlanmayıb. Mənbələrdən biri qeyd edib ki, mövcud tariflərdən kənara çıxan istənilən eskalasiya Aİ üzv ölkələrinin hökumətləri tərəfindən siyasi qərar tələb edə bilər və bu, əlavə planların hazırlanmasından əvvəl baş verməlidir.

Qeyd edək ki, aprelin 9-da Donald Tramp dünya ölkələrinin əksəriyyətinə qarşı elan etdiyi misli görünməmiş tariflərin 90 gün müddətinə dayandırıldığını açıqlayıb, lakin bu qərarın kimlərə və necə tətbiq olunacağı ilə bağlı dəqiq məlumat verməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600