Avropa İttifaqı seçkilərdən sonra ölkədəki vəziyyəti öyrənmək üçün Gürcüstana siyasi missiya göndərməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrel 27 icma ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
“Biz baş verənləri öyrənmək üçün Gürcüstana siyasi missiya göndərəcəyik”, -Borrell bildirib.
Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı Xarici İşlər Nazirliyinin rəhbərləri Gürcüstan hakimiyyətinə təxminən 120 milyon avro yardım göndərmək barədə razılığa gəliblər. Bu vəsaitin vətəndaş cəmiyyətinin dəstəklənməsinə sərf ediləcəyi gözlənilir.
Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib./Qafqazinfo/
www.yenicag.az