!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aİ" ilə tayını tapanların MİSSİYAlaşması: Qərbin Azərbaycan və Türkiyə qorxusu - ŞƏRH

!Reklam – Yazi

“Gücləri çatsa, Türkiyə ilə də müharibə edərlər”.

Bunu Qərbin Ermənistana dəstəyindən danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan kapitulyasiya aktını imzalamasına baxmayaraq, vaxtı uzatmağa çalışır:

“Başda Fransa olmaqla, Qərb ölkələri Ermənistana dəstək verir. Bizi narahat edən məsələlərdən biri Qərb ölkələri ilə bərabər, qonşu İranın, Rusiyanın, ABŞ-nin də separatçı Ermənistanı qızışdırmasıdır.

Rusiyanın gücünü Ukraynada yoxlayan Qərbin iştahı artıb. NATO üzvü olan Türkiyənin regionda varlığını istəməyən ölkələr gücləri çatsa, rəsmi Ankara ilə də müharibə edərlər. Türkiyənin təsir vasitələrini azaltmaq, Rusiyanı isə zəiflədərək regiondan çıxarmaq istəyirlər.

Avopa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsinin iki əsas səbəbi var. Birinci səbəb, Ermənistanın məğlubiyyətini qəbul etməyən diasporlar təsir dairəsi olan ölkələrdə Azərbaycana qarşı kampaniya yaranmasına rəvac verib. Bundan başqa, bu, Rusiyanın bölgədən çıxarılması üçün Aİ-nin atdığı addımlardan biridir.

30 il işğalçılıq dövründə Ermənistana “gözün üstə qaşın var” deyən olmadı. Ancaq təəssüflər olsun ki, Azərbaycana qarşı fikir ayrılıqları olan ölkələr anti-Azərbaycan mövqeyində həmrəydir.

Nəsimi Ələsgərli

www.yenicag.az

1098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv