Aİ Moldovanın havadan hücumundan müdafiəsi üçün 20 milyon avro AYIRDI

media-hightechnic-468x90

Avropa İttifaqı Şurası Moldovaya Avropa Sülh Fondu çərçivəsində yaxın radiuslu hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün 20 milyon avro ayrılmasını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası 24 aprel tarixində məlumat yayıb.

Məlumata görə, bu 20 milyon avro yaxın radiuslu raketlər və buraxılış qurğularının maliyyələşdirilməsinə yönəldiləcək. Bundan əvvəl 7 aprel tarixində Avropa İttifaqı Şurası Moldovanın Silahlı Qüvvələrinin piyada bölmələrinin mobilliyini, eləcə də hava hücumundan müdafiə sahəsində komanda və idarəetməni dəstəkləmək üçün 40 milyon avro həcmində yardım ayırmışdı.

Həmin vəsait hesabına yüngül taktiki nəqliyyat vasitələri, eləcə də yaxın radiuslu hava hücumundan müdafiə sistemlərinin taktiki və operativ inteqrasiyası məqsədilə komanda və idarəetmə avadanlıqları maliyyələşdiriləcək.

“Bu il biz Avropa Sülh Fondu çərçivəsində avadanlıq üçün 60 milyon avro ayırırıq ki, bu da 2021-ci ildən bəri ümumi töhfəmizi demək olar ki, 200 milyon avroya çatdırır”, – deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qeyd edib.

Aİ Şurası xüsusi olaraq vurğulayıb ki, yeni tədbirlərlə birlikdə Moldovaya Avropa Sülh Fondu çərçivəsində göstərilən dəstək 197 milyon avroya çatır.

Xatırladaq ki, Rusiya Federasiyasının genişmiqyaslı işğalına başlanıldıqdan sonra Rusiya pilotsuz uçuş aparatları dəfələrlə Moldova ərazisinə düşüb. Bundan əlavə, Moldovanın hava məkanını raketlər də pozub ki, bu da rəsmi Kişinyov tərəfindən qınanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600