Aİ Nigerə qarşı sanksiyalar hazırlayır

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) Nigerə qarşı sanksiyalar rejimi hazırlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin yaydığı bəyanatda deyilir.

O, bildirib ki. Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin respublikada “demokratiyanı bərpa etmək” səylərini dəstəkləyirik.

“Avropa İttifaqı ECOWAS dövlət başçılarının avqustun 10-da Nigerdəki vəziyyətlə bağlı ikinci fövqəladə sammitində qəbul etdiyi qərarları, xüsusən də ECOWAS-ın eyni vaxtda səfərbər olunmasını nəzərə alaraq mövcud böhranın diplomatik həllini axtarmaq istəyini alqışlayır. Avropa İttifaqı ECOWAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların yeni rejimini tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır”, – deyə Borrell bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600