Aİ sammitində ittifaqın hərbiləşdirilməsinin sürətləndirilməsinə çağırış edildi
Avropa İttifaqı sammitinin iştirakçıları Aİ iqtisadiyyatının hərbiləşdirilməsinin sürətləndirilməsini tövsiyə ediblər, lakin hərbi sahədə praktik qərarlar qəbul etməyiblər.
Yenicag.az xəbər verir ki, bu, görüşlərdən birinin yekununda qəbul edilmiş bəyanatda əks olunub.
Sənəddə deyilir: “Avropa hərbi sənayesinin imkanlarını artırmaq məqsədilə Avropa Şurası Aİ ölkələrini müdafiə investisiyalarını Avropa Müdafiə Agentliyinin dəstəyi ilə silahların hazırlanması, istehsalı və satın alınması üzrə birgə layihələrə yönəltməyə çağırıb”.
Sammit iştirakçıları Avropa Komissiyasına hərbi proqram və layihələrin həyata keçirilməsini sürətləndirməyi, bu prosesə Ukraynanın maksimum şəkildə cəlb olunmasını tapşırıblar.