Aİ və İsrail Qəzzadakı humanitar vəziyyətlə bağlı razılığa gəldi

media-hightechnic-468x90

Avropa İttifaqı və israil arasında Qəzzadakı humanitar vəziyyətlə bağlı razılaşma əldə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün X hesabındakı paylaşımında bildirib

“Bu gün biz Qəzzada humanitar yardımın daha da əlçatan edilməsi ilə əlaqədar olaraq İsraillə razılığıa gəldik. Beləliklə daha çox keçidlər açılacaq, yardım və ərzaq maşınları Qəzzaya daxil olacaqlar. Həyati infrastruktur yenidən qurulacaq və yardım paylayan işçilərin təhlükəsizliyi təmin ediləcək. Biz razılaşdığımız hər bir məsələnin icra olunacağı barədə İsrailə güvənirik”- Kallas paylaşımında qeyd edib.

Diqqətə çatdıraq ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 58000-ə yaxınlaşıb./apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600