Ailə faciəsi: Anası ilə atasını öldürüb öz canına qıydı
Anası ilə atasını odlu silahla öldürən şəxs öz canına qəsd edib.
Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.
Məlumata görə, anası və atası ilə mübahisə edən adı açıqlanmayan şəxs odlu silahla onları öldürüb. Daha sonra öz canına qəsd edib.
Hadisə ilə bağlı araşdırma aparılır.













