Ailə turşudan zəhərləndi
Ağcabədi rayonunda kütləvi zəhərlənmə olub.
Rayonun İmanqulubəyli kəndində yaşayan ailənin üzvləri pomidor turşusundan zəhərlənib. Gecə saatlarında rayon xəstəxanasına yerləşdirilən ailənin 5 üzvünə tibbi yardım göstərilib.
Bildirilir ki, zəhərlənən şəxslərin həyatına hər hansı təhlükə yoxdur. Onların vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, ailə başçısı ilə yanaşı, həyat yoldaşı və övladları da zəhərlənib.