Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı

Reklam: High Technic

“O, bundan sonra nə siyasi fəaliyyətlə məşğul olacaq, nə də yenidən təhlükəsizlik orqanlarına qaytarılacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin əfv sərəncamı əsasında 2015-ci ildə “MTN işi” çərçivəsində həbs olunaraq, məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş Akif Çovdarovun azadlığa buraxılmasına münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayıl qeyd edib ki, Akif Çovdarov vəzifədə olduğu müddətdə törətdiyi cinayətlərin heç birini təkbaşına etməmişdi:

“Akif Çovdarovun cinayətlərinin bəhrəsini yeyənlər söz vermişdilər ki, onu tezliklə həbsdən qurtaracaqlar. O isə tezliklə olmasa da, təqribən beş il sonra azadlığa çıxdı.

Fikrimcə, beş il də onun cinayətlərinin müqabilində çox az müddət sayılmalıdır. İnsanların həbsdən azad olunması müsbət təsir bağışlayır, ancaq bu fikirləri Çovdarov kimi adamlara şamil etmək olmur. Cəmiyyət onun azadlığa çıxmasını qəbul etmir.

Ona görə qəbul etmir ki, hazırda haqsız yerə tutulan çox sayda insan var. Bu səbəbdən də, cəmiyyət özlüyündə humanist mahiyyət daşıyan bu addıma sevinə bilmir”.

Akif Çovdarovun azadlığa buraxıldıqdan sonra mümkün fəaliyyətinə toxunan İlham İsmayıl onun siyasətə qoşulmayacağı qənaətindədir:

“Akif Çovdarov özü də demişdi ki, əlindən alınmış əmlakını geri qaytaracaq. O, bundan sonra nə siyasi fəaliyyətlə məşğul olacaq, nə də yenidən təhlükəsizlik, ya da hüquq-mühafizə orqanlarına qaytarılacaq. Heç onun səhhəti də buna imkan vermir.

Bu adam əksəriyyətin gözündə qara ləkədir. Onun bundan sonrakı işi-gücü müsadirə olunmuş əmlakını geri qaytarmaq cəhdi ilə məhdudlaşacaq. Bir müddət sonra isə Çovdarov, ümumiyyətlə, yaddan çıxacaq.

Digər tərəfdən, Qarabağda döyüşən, torpaq uğrunda canını qoyan Tofiq Yaqublunun həbsdə olması, Akif Çovdarov kimi bir adamınsa azad edilməsi cəmiyyətdə qıcıq yaradır. Xalqın, cəmiyyətin gözü tərəzidir”.

Səxavət Məmməd

www.yenicag.az

444