Akif Nağı Ramil Usubova müraciət etdi

media-hightechnic-468x90

akk_22010_412142Yenicag.az modern.az-a istinadən xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının Tərtərdə yaşayan iki üzvü – Zülfüqar İbrahimov və Vüqar Əliyev bu gün səhər həbs olunublar. QAT sədri Akif Nağı bu işin tam ədalətsizlik olduğunu və bununla bağlı daxili işlər naziri Ramil Usubova və Bas prokuror Zakir Qaralova müraciət etdiklərini bildirib.
Müraciətdə göstərilir:
“Qarabağ Azadlıq Təşkilatının üzvləri İbrahimov Zülfüqar Davud oğlu və Əliyev Vüqar Sabir oğlu bu gün səhər Tərtər şəhərində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən öz evlərində həbs ediliblər. Müəmmalı şəraitdə və şahidlərin iştirakı olmadan onların evlərində axtarış aparıb, Zülfüqar İbrahimovun evindən odlu silah, Vüqar Əliyevin evindən isə 2 ədəd patron “tapılıb”. Tam məsuliyyətlə Sizə bildirirəm ki, bu, qurama bir işdir, rayon səviyyəsində hansısa məmurun intriqası və qərəzindən başqa bir şey deyildir. Zülfüqar İbrahimov və Vüqar Əliyev nümunəvi, qanuna tabe olan vətəndaşlardır, heç bir qrupla əlaqələri yoxdur, heç vaxt heç bir yabancı və zərərli təbliğatla məşğul olmayıblar. Hesab edirik ki, bu yanlışlıq və ədalətsizlik dərhal aradan qaldırılmalıdır. Hansısa məmurun bu cür qərəzli hərəkəti hakimiyyətin imicinə də zərbə vurur, cəmiyyətdə, xüsusilə də cəbhəyanı ərazilərdə mənəvi-psixoloji duruma mənfi təsir göstərir.
Xahiş edirik ki, bu məsələyə dərhal müdaxilə edəsiniz, iki Azərbaycan vətəndaşına qarşı ədalətsizliyə imkan verməyəsiniz, haqq-ədalətin bərpa olunmasına yardım edəsiniz”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600