İnkişafyönümlü təlimlər əyani şəkildə davam etdirilir

media-hightechnic-468x90

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təşkil olunan, 450-dən çox müəllimi əhatə edən inkişafyönümlü təlimlər çərçivəsində tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslərə başlanılıb.

media-banner_tuq

Təlimlər attestasiya zamanı komissiya üzvlərinin səsverməsi nəticəsində kiçik səs çoxluğu ilə (2 lehinə, 3 əleyhinə səslə) tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin iyun ayından distant formatda başlayan təlimlər əyani şəkildə 9–17 iyul tarixlərində Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi-Aran regionları üzrə keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə təşkil edilən dərslərin əsas məqsədi təhsilverənlərin praktik hazırlığını gücləndirmək, nəzəri biliklərini təkmilləşdirmək və onların növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qatılmalarına dəstək verməkdir.

Təlim proqramı çərçivəsində əyani dərslərin sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən aparılması iştirakçıların ifaçılıq bacarıqlarının inkişafına və tədrisin keyfiyyətinə müsbət təsir göstərib.

Təlimlərin davamı olaraq fortepiano ixtisası üzrə bu kateqoriyadan olan təhsilverənlər üçün 23 iyul tarixindən inkişafyönümlü əyani dərslərin təşkili nəzərdə tutulub.

media-60acd10d-9b5c-4fcd-b90e-8c35757553a9 media-5ded0903-7986-46d6-80f0-8d12d253cd16 media-9667b674-185e-4963-a9a1-89e7b26f2193 media-5281a253-3c9d-41e2-98bb-53fbeaf2de90 media-a7e7e038-d214-4445-8792-432f8ebcca72 media-682e790b-1c02-4ec6-860f-ff799b9b48f9 media-b78652c0-32a6-4c2c-8a3f-02e0e87e5881 media-fed8cf91-c228-4d89-9628-40766bdf708a media-09dc6014-926e-4b86-b199-242093d30d55 media-042f57b6-9834-43a0-b696-c0bf3ad65ffa media-d722411e-b3d8-4e2b-9eb6-225adb14ea1a

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05