AKP-dən Gülə çox ağır ittihamlar…
Sabiq prezident Abdullah Gülün yenidən siyasətə qayıtmaq üçün etdiyi cəhdlərə AKP-dən ağır cavab gəlib. Yenicag.az xəbər verir ki, Ərdoğana sadiqliyi ilə tanınan millət vəkili Şamil Tayyar Gül üçün “siyasi mirasına xəyanət edərsə, sonu Dəmirəl kimi olur” deyərək, nəvələri ilə vaxt keçirməyi məsləhət görüb.
“Gül partiyamızın qurucularından biridir. Partiyamızın ilk baş naziri, ilk prezidentidir. Çox əhəmiyyətli vəzifələrdə oldu. Bu partiya sizi xarici işlər naziri, baş nazir, prezident etdi. Daha nə edəcək? Daha nə etsin? Siz də artıq bu partiyanın önünü açın. İnsanlar gəlsin, sizinlə məsləhətləşsin, əlinizi öpsün. Siz də gənclərə təcrübələrinizi anladın. Bir başqan müavini “nəvəmi sevsin” dedi. Nəvə sevmək, oynamaq ayıbdırmı? Getsin nəvəsi ilə vaxt keçirsin” deyərək, Gülü “bombalayan Tayyar daha sonra bu sözlərə imza atdı: “Rəhmətlik Nəcməddin Ərbakan, kreslonu buraxmadı. Konfransa elektrik kreslo ilə çıxırdı və kürsüsündə də həyatını itirdi. Rəhmətlik Ecevit də həmçinin. Son ana qədər kreslosunu buraxmadı. Rəhmətlik Alparslan Türkeş də eyni şəkildə vəfat etdi. Bizim, siyasətçilərə evlərində ölmə fürsəti verməmiz lazımdır. Siyasət, millət vəkilliyi və s. müvəqqəti bir ictimai xidmətidir. Ölənə qədər haqq deyil”.
Şamil Tayyar onu da qeyd edib ki, seçkidən öncə Gülə yaxın şəxslər partiyanın uduzacağını və ilk qurultayda onun partiyanın başına keçəcəyini planlaşdırırdılar. Tayyarın fikrincə, Gül tərəfdarları bu seçkidə AKP-nin məğlubiyyəti üçün çalışıblar.
Yenicag.az