Türkiyədə AKP-dən nazir seçildikdən sonra heç dəyişməyən sadəcə bir nazir oldu. Meşə və Su işləri naziri Veysəl Eroğlu AKP hökumətlərinin hamısında eyni vəzifəni daşıyıb. 2007-ci ildə AKP ilə siyasətə başlayan V.Eroğlu 60-cı hökumətdə Ətraf və Meşə naziri vəzifəsinə gətirilib.
61-ci hökumətdə Ətraf və Meşə nazirliyi iki ayrı nazirliyə ayrıldığı üçün o, Meşə və Su İşləri naziri vəzifəsinə təyin olunub.
62, 63, 64 və son olaraq da dünəndən etibarən 65-ci hökumətdə Türkiyə Meşə və Su işləri naziri vəzifəsini daşımaqdadır.
Su Vəqfi qurucusu olan Eroğlu həm də Dünya Su Şurasının İdarə Heyətinin üzvüdür.
İngilis dilini mükəmməl bilən nazir evli və 4 uşaq atasıdır.
Ayrıca, 1995-ci ildə çap olunan “Erməni məzalimi” adlı kitabının müəllifidir.
Yenicag.az
www.yenicag.az