Aksiz vergisindəki artım: Siqaret nə qədər bahalaşacaq? - VİDEO

media-hightechnic-468x90

2026-cı ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi çərçivəsində bəzi tütün məmulatlarının aksiz dərəcələrində dəyişikliklər edilməsi planlaşdırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun açıqlamasına görə, bu addım həm dövlət büdcəsinə əlavə gəlir gətirmək, həm də alternativ tütün məhsullarının istifadəsinin artmasının qarşısını almaq məqsədi daşıyır.

Bəs bu artım tütün məmulatlarının qiymətinə necə təsir edəcək?media-xalid_kerimli1Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli aksiz vergisindəki artıma uyğun şəkildə tütün məhsulunun qiymətinin də o qədər artacağını deyib.

O, hökumətin siqaret çəkənlərdən böyük məbləğdə vəsait topladığını qeyd edib.

“Siqaret üzərinə tətbiq olunan aksiz vergisi dolayı vergi növünə aiddir və birbaşa məhsulun qiymətini artırır. Konkret desək, aksiz vergisi nə qədər yüksəlirsə, məhsulun satış qiyməti də eyni nisbətdə artır. Məsələn, əvvəllər hər qutuda 32 qəpik olan aksiz vergisi indi 51 qəpiyə çatdırılıb. Bu isə hər qutuda təxminən 20 qəpik əlavə qiymət artım deməkdir”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa